Rusiya XİN: Mixail Delyaginin bəyanatları qəbuledilməzdir

Rusiya XİN: Mixail Delyaginin bəyanatları qəbuledilməzdir

Rusiya Xarici İşlər Nazirliyi Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycanla bağlı təxribatçı açıqlamalarına münasibət bildirib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, deputatın fikirləri qəbuledilməzdir.

“Deputat Delyaginin Azərbaycan və Qarabağla bağlı açıqlamaları Moskvanın mövqeyinə uyğun gəlmir və qəbuledilməzdir”, – deyə XİN rəsmisi söyləyib.

Rəsmi Bakı ilə qarşılıqlı müttəfiqlik fəaliyyəti, habelə strateji tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayan M.Zaxarova deputatın bu çıxışını məsuliyyətsiz adlandırıb: “Əminik ki, Rusiya Dövlət Dumasının rəhbərliyi tərəfindən bu cür təxribat xarakterli bəyanatlara müvafiq qiymət veriləcək”.