Rusiya və Türkiyə prezidentlərinin 3 saat davam edən Soçi görüşü başa çatıb.
NOCOMMENT.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya prezidenti Ərdoğana üçüncü doza ilə peyvəndlənmə zamanı “Sputnik V”-dən istifadə etməyi təklif edib.
Görüşdən sonra açıqlama verən Putin çevrəsində 30-a qədər şəxsin koronavirus olduğu üçün özünütədric rejiminə keçdiyini söyləyib.
Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla arasındakı danışıqların əhatəli keçdiyini də qeyd edib.












