ŞOK İDDİA: Putin Ukraynadan sonra Avropanın bu 5 ölkəsinə hücum edəcək

ŞOK İDDİA: Putin Ukraynadan sonra Avropanın bu 5 ölkəsinə hücum edəcək

Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə Donbasda gedən müharibə zamanı Ukrayna prezidenti Petro Poroşenkonu – “istəsəm, Kiyevi 2 günə tutaram”, – deyə hədələmişdi.

Üstəlik Putin 2 günə nəinki Kiyevi, hətta 5 Avropa Birliyi ölkəsini də tuta biləcəyini demişdi.

NOCOMMENT virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu “Suddeutsche Zeitung” qəzeti Poroşenko ilə Putin arasında Almaniyanın da vasitəçilik etdiyi qapalı danışıqlardan xəbərdar olan mənbələrə istinadən yazıb.

Həmin 5 Avropa ölkəsi isə Polşa, Rumıniya, Estoniya, Litva və Latviya idi. “Əgər istəsəm, Rusiya ordusu sadəcə Kiyevi deyil, Riqanı, Vilnüsu, Tallini, Varşavanı və Buxaresti iki günə tutar”, – deyə Putin Poroşenkonu hədələmişdi.

Putinin Ukraynanın işğal planı 2-3 günə başa çatsaydı hədəfdə Baltik ölkələrinin və Polşanın olacağı barədə daha əvvəl də məlumatlar var idi.

Bu günlərdə Avropa Komissiyasının rəhbərinin müavini, latviyalı diplomat Valdis Dombrovkis də bu haqda danışıb. O, ABŞ-ın “Politico” nəşrinə açıqlamasında deyib ki, əgər Qərb Ukraynaya dəstək verməsə, Putin hərbi hədəflərini genişləndirəcək və Ukraynada qalib gələndən sonra Baltik ölkələrinə hücum edəcək. “Əgər biz Ukraynaya dəstək verməsək, bu müharibə Ukrayna ilə bitməyəcək”, – deyə o bildirib.