SON DƏQİQƏ! İrandan ABŞ-la bağlı ŞOK - Geri çəkilir və...

SON DƏQİQƏ! İrandan ABŞ-la bağlı ŞOK - Geri çəkilir və...

ABŞ və İran arasında çərçivə sazişinin 95 faizinin razılaşdırıldığı barədə məlumatların fonunda rəsmi Tehran Vaşinqtonu diplomatik prosesləri ləngitməkdə və öhdəliklərdən qaçmaqda ittiham edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı İrandakı etibarlı mənbəyə istinadən məlumat yayıb. Mənbənin bildirdiyinə görə, Tehran Vaşinqtonun iki əsas strateji məsələdə geri addım atdığı qənaətindədir: İranın dondurulmuş aktivlərinin sərbəst buraxılması mexanizmi və Livandakı atəşkəsin miqyası.

Hazırlanan memorandum layihəsi Livanda hərbi əməliyyatların tamamilə dayandırılmasını nəzərdə tutsa da, İsrail sənədə öz xeyrinə xüsusi bənd əlavə etməyə çalışır. Təl-Əviv saziş mətnində guya "gələcək təhdidlərə cavab vermək" bəhanəsi altında Livanda hərbi əməliyyatları istədiyi an davam etdirməsinə imkan verən ifadələrin yer almasında israr edir. İran isə bu formalaşdırmaya qəti şəkildə qarşı çıxaraq, Livanda davamlı, möhkəm və hərtərəfli atəşkəsin təmin olunmasını tələb edir.

Yaranmış fikir ayrılığı səbəbindən Tehran başda Pakistan olmaqla bütün vasitəçi dövlətləri məlumatlandıraraq bəyan edib ki, hər bir bənd tam razılaşdırılmayana və beynəlxalq təminat verilməyənə qədər sənədə imza atmayacaq. Prosesin tamamilə dayanmaması üçün vasitəçi tərəf olan Pakistan artıq razılaşdırılmış maddələr üzrə irəliləməyi, mübahisəli məsələlərin müzakirəsini isə sonraya saxlamağı təklif edib. Lakin rəsmi Tehran bu təşəbbüsü də rədd edərək, mübahisəli bəndlərin fundamental əhəmiyyət kəsb etdiyini və güzəştə gedilməyəcəyini vurğulayıb.

İranın siyasi rəhbərliyi və rəsmi şəxsləri ABŞ-nin vasitəçilər vasitəsilə əvvəllər əldə olunmuş gizli diplomatik razılaşmalardan və verdiyi vədlərdən açıq şəkildə geri çəkildiyini bəyan edirlər.