Türkiyə XİN ölkə vətəndaşlarını Ukraynanın şərq bölgələrini tərk etməyə çağırıb

Türkiyə XİN ölkə vətəndaşlarını Ukraynanın şərq bölgələrini tərk etməyə çağırıb

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Rusiya Prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk respublikalarını tanınması haqqında fərmanından sonra Ukraynanın şərq bölgələrində baş verən son hadisələr səbəbindən öz vətəndaşlarına həmin əraziləri tərk etməyə çağırıb.

NOCOMMENT xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin saytında bəyanat yerləşdirilib.

“Ukraynanın şərq bölgələrində baş verən son hadisələr çərçivəsində vətəndaşlarımızın bu ölkənin şərq bölgələrini tərk etmələri tövsiyə olunur. Vətəndaşlarımıza lazım olduqda Kiyevdəki səfirliyimizlə əlaqə saxlamaları tövsiyə edilir”, – deyə Türkiyə XİN-in bəyanatından bildirilib.