Putin Luqansk və Donetski tanıyan bəyanat imzalayıb.
Putinin xalqa canlı yayımda müraciətindən sonra dünyanın nəzərləri Rusiya-Ukrayna böhranına yönəlib. Məlum bəyanatdan sonra Ukrayna prezidenti Volodimir Zelenski ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacağı gözlənilir.
NOCOMMENT bildirir ki, bu barədə Volodimir Zelenski sosial media hesabında məlumat paylaşıb. Ukrayna prezidenti yaxın dəqiqələrdə türkiyəli həmkarı ilə danışacağını açıqlayıb.












