XİN ABŞ prezidentinin bəyanatı ilə bağlı açıqlama yaydı

XİN ABŞ prezidentinin bəyanatı ilə bağlı açıqlama yaydı

Bir əsr bundan öncə baş verən hadisələrin yanlış şəkildə təqdim edilməsi və qondarma “erməni soyqırımı” məsələsinin siyasiləşdirilərək gündəmə gətirilməsi cəhdləri qəbuledilməzdir.

Bu barədə “NOCOMMENT”ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

ABŞ Prezidentinin bu bəyanatı, həmçinin hazırda Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə aparılan danışıqlara uyğun gəlmir.

1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Tarixin saxtalaşdırılması cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir.