Zelenski: Biz döyüşürük, Qərb uzaqdan izləyir

Zelenski: Biz döyüşürük, Qərb uzaqdan izləyir

“Biz yalnız döyüşürük. Rusiyanı yeni sanksiyalar çəkindirmədi. Qərb ölkələri uzaqdan müşahidə edirlər”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski fevralın 25-də səhər etdiyi çıxışında bildirib.

“İşğalçılar həm hərbi, həm də mülki obyektləri atəşə tuturlar. Onlar fərq qoymurlar. Onların məqsədi vətəndaşlara təzyiqdir”, – deyə o söyləyib.

Dövlət başçısı həmçinin müharibə əleyhinə aksiya keçirən rusiyalılara çağırış edib: “Etiraza çıxan bütün vətəndaşlara (Rusiya vətəndaşları) demək istəyirəm: biz sizi görürük. Bu, o deməkdir ki, siz bizi eşitdiniz, bizə inanmağa başladınız. Bizim üçün mübarizə aparın, müharibə əleyhinə mübarizə aparın”.

Onun fikrincə, tez ya gec Rusiya və Ukrayna arasında döyüşlərin dayandırılması haqqında dialoq başlayacaq.