SON DƏQİQƏ: ABŞ İran tankerini ələ keçirdibackend

SON DƏQİQƏ: ABŞ İran tankerini ələ keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Regionda gərginliyin pik həddə çatdığı bir vaxtda ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) hərbi əməliyyatla bağlı rəsmi bəyanat yayılıb. ABŞ ordusu tərəfindən tətbiq edilən dəniz blokadası çərçivəsində İranın daha bir neft tankeri nəzarətə götürülüb.

NOCOMMENT.az xəbər verir ki, CENTCOM-un açıqlamasına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Rafael-Peralta” idarə olunan raket esminesi İran limanına daxil olmağa çalışan, İran bayrağı altında üzən gəmini ələ keçirib. Bildirilir ki, bu addım İranın iqtisadi və hərbi resurslarını məhdudlaşdırmaq məqsədilə həyata keçirilən dəniz blokadasının tərkib hissəsidir.

Məlumatda həmçinin qeyd olunur ki, ələ keçirilən gəmi İran Milli Tanker Şirkəti tərəfindən idarə olunan “Herby” adlı neft tankeridir. Hazırda gəminin təhlükəsiz bölgəyə aparıldığı və heyətlə bağlı araşdırmaların davam etdiyi vurğulanır. Bu hadisə onsuz da gərgin olan Vaşinqton-Tehran münasibətlərində yeni bir böhranın carçısı kimi qiymətləndirilir. İran tərəfi hələlik hadisəyə rəsmi reaksiya verməyib.

Sara,
NOCOMMENT.az