SON DƏQİQƏ: Ermənilər Food City bazarına buraxılacaqbackend

SON DƏQİQƏ: Ermənilər Food City bazarına buraxılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl ermənilərin Moskvadakı konsul və diaspora rəhbərinin Food City bazarından qovulması ölkə mətbuatında geniş işıqlandırılmışdı.

NOCOMMENT xatırladır ki, bir çoxları bazar rəhbərliyini milli qəhrəman statusuna qaldırmış, bəziləri isə bu hərəkətin qarşılıqlı təhlükəsi barədə xəbərdarlıq etmişdi.

Bu gün Rusiya Erməniləri Birliyinin mətbuat xidməti özünün Facebook səhifəsində yuxarıdakı hadisəyə yekun vurulduğunu bəyan edib. Təəssüf ki, bu dəfə də bizimkilərin qəhrəmanlığı “bir neçə günə” çatıb.

🍅 Заявление владельцев Фуд Сити опубликовала пресс-служба компании «Киевская площадь»: на наших рынках больше не будет…

Gepostet von Союз армян России – Пресс-служба am Samstag, 25. Juli 2020

Paylaşımdan göründüyü kimi, bazarın sahibi olan şirkət bir daha milli diskriminasiyaya yol verməyəcəyinə boyun olub.

Sonda xatırladaq ki, iki gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov bu mövzuda Ara Abramyan və Qod Nisanovla (Food City) görüşlər keçirmişdi.

Bizə isə bazar rəhbərliyinin məsələyə münasibətini gözləmək qalır.