SON DƏQİQƏ: Usta iş yerində ÖLDÜbackend

SON DƏQİQƏ: Usta iş yerində ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 19-da saat 10 radələrində Qəbələ rayonu ərazisində Yusifov Nəsir Yusif oğlu elektrik cərəyanı vurması nəticəsində ölüb.

Qəbələ rayon prokurorluğundan NOCOMMENT-ə verilən məlumata görə, parılan araşdırmalarla Mingəçevir Regional Elektrik Şəbəkəsi MMC-nin Qəbələ yarımstansiyasının ustası Nəsir Yusifovun iş yerində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi müəyyənləşib.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.