Milli Məclisdə 1000 manata qədər əməkhaqqı alan şəxslərin bütün vergi dərəcələrindən azad olunması təklif edilib.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, bu fikirləri parlamentin plenar iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev bildirib.
Deputat Vüqar Bayramov isə minimum əməkhaqqı alan vətəndaşların maaşlarının vergidən azad olunmasını təklif edib.
Vergi Məcəlləsinə təklif edilən dəyşikliyə əsasən, sadələşdirilmiş verginin həcmi 200 mindən 400 minə qədər artırılır. Millət vəkili Göydəniz Qəhrəmanov deyib ki, bu dəyşiklik nağdsız ödənişlərin həcmini artıracaq və dövriyyə şəffaf şəkildə formalaşacaq. Deputat turizm sahəsində də güzəştlərin tətbiqinə ehtiyac olduğunu vurğulayıb.
İclasda bir sıra qanunlara təklif edilən dəyşikliklər də müzakirə edilib. Təklif edilən dəyşikliyə əsasən fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bundan başqa, ölkəyə idxal edilən mobil cihazların hər bir ədədi üçün 20 manat aksiz vergisi tətbiq olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.












