49 yaşlı qadın dəm qazından öldü

49 yaşlı qadın dəm qazından öldü

Xaçmazda bədbəxt hadisə baş verib.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yergüc kəndində qeydə alınıb. Kənd sakini 1973-cü il təvəllüdlü Validə Dadaşova dəm qazından boğularaq dünyasını dəyişib. Meyit tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.