Azərbaycanda qeydiyyatda olan 58 partiyadan 8-i 2021-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.
NOCOMMENT.az xəbər verir ki, həmin partiyalar aşağıdakılardır:
-Vətəndaş Həmrəyliyi Partiyası
-Azərbaycan Naminə Alyans Partiyası (ANAP)
– Azərbaycan Liberal Partiyası
– Azərbaycan Respublikaçılar Partiyası
– “Ədalət” Partiyası
– Demokratik İslahatlar Partiyası
– Azərbaycan Tərəqqi Partiyası
– Milli Dirçəliş Hərəkatı Partiyası
Qeyd edək ki, siyasi partiyaların MSK-ya 2021-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-də başa çatır. MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.












