Abşeronda ev və maşın yandı

Abşeronda ev və maşın yandı

Abşeronda evdə yanğın olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, ümumi sahəsi 132 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və yaxınlıqda dayanan “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.