Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə yenidən aktiv edilmiş ərizə qəbulu prosesi davam edir.
Dövlət İmtahan Mərkəzindən NOCOMMENT-ə bildirilib ki, 98 min 609 nəfər (Azərbaycan bölməsi – 90 min 295 nəfər, rus bölməsi – 8 min 314 nəfər) ərizəsini təsdiqlədib.
Xatırladaq ki, qeydiyyat daha əvvəl martın 4-17-də aparılıb. Dövlət İmtahan Mərkəzinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi aprelin 6-dan yenidən aktiv edilib.
Aprelin 25-dək elektron ərizə qəbulunda Bu il buraxılış imtahanı vermiş, lakin martın 4-17-də ərizə qəbulunda iştirak etməyən cari ilin məzunları, ötən il buraxılış imtahanı vermiş lakin martın 4-17-də ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları iştirak edə bilərlər.












