AZAL: Daha bir ölkə pandemiya məhdudiyyətlərini aradan qaldırdı

AZAL: Daha bir ölkə pandemiya məhdudiyyətlərini aradan qaldırdı

“Azərbaycan Hava Yolları” QSC Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfər etmək istəyənlərə müraciət edib.

Qurumdan NOCOMMENT-ə verilən məlumata görə, artıq bu istiqamətdə səyahət edənlərdən koronavirus (COVID-19) pandemiyası ilə bağlı PSR testi və yaxud vaksin sertifikatı tələb olunmur.

Azərbaycan vətəndaşları üçün vizanı öncədən rəsmiləşdirmək kifayətdir.