Tanınmış mədəniyyət işçisi, teatr xadimi Şaiq Səfərov vəfat edib.
NOCOMMENT xəbər verir ki, bu barədə report-a Akademik Musiqili Teatrın əməkdaşı Əjdər Dadaşov məlumat verib. Şaiq Səfərov yanvarın 27-də 67 yaşında vəfat edib.
O, müxtəlif illərdə Azərbaycan Teatr Treninq Mərkəzinin direktoru, Akademik Milli Dram Teatrının bədii hissəsinin rəhbəri, Mədəniyyət Nazirliyində sektor müdiri kimi çalışıb.












