Azərbaycanda qəzet və jurnal alışı xeyli azalıb – RƏQƏMLƏR

Azərbaycanda qəzet və jurnal alışı xeyli azalıb – RƏQƏMLƏR

Azərbaycanda son illərdə qəzet və jurnal alışına xərclənən pulun məbləğində davamlı azalma müşahidə edilir. 

NOCOMMENT.az rəsmi statistikaya istinadən xəbər verir ki, 2023-cü ildə mətbu nəşrlərin alınmasına çəkilən xərc 10 milyon manatdan da aşağı düşüb.

Müqayisə etsək görərik ki, son 5 ildə qəzet və jurnalların satış həcmi 3 dəfədən çox azalıb. Qəzet və jurnal alışına çəkilən xərc 2019-cu ildə 31 milyon manat olduğu halda, bu göstərici 2020-ci ildə 24 milyon manata, 2022-ci ildə 13,8 milyon manata, 2023-cü ildə isə 9,98 milyon manata düşüb.

Rəqəmlərdəki dəyişiklikdən görünür ki, Azərbaycanda qəzet və jurnal alışı azalır. Böyük ehtimalla bu dinamika növbəti illərdə də davam edəcək.