Bakı Dövlət Universitetində 50 minlik “alış-veriş”

Bakı Dövlət Universitetində 50 minlik “alış-veriş”

Bakı Dövlət Universiteti laboratoriyalarının tədqiqat və tədris işlərinin dəstəklənməsi məqsədilə reaktivlərin satın alınması planlaşdırılır.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, ehtimal olunan qiymət 50.330,54 AZN olaraq göstərilib.

Alınacaq maddələr arasında toluol, benzol, benzoy turşusu, heksan, dixlormetan və dimetilsulfooksid kimi kimyəvi reaktivlər yer alır.