Kutsidən illər sonra etiraf: "20 ildir qarğış eşidirəm" - FOTOLAR

Kutsidən illər sonra etiraf: "20 ildir qarğış eşidirəm" - FOTOLAR

Bir vaxtlar böyük maraqla izlənilən “Doktorlar” serialında Levent obrazını canlandıran müğənni və aktyor Kutsi illər sonra etdiyi etirafla gündəmə gəlib.

NOCOMMENT.az xəbər verir ki, bir çox tanınmış simaların rol aldığı serial yayımlandığı dövrdə yüksək reytinqlər qazanmışdı.

Xüsusilə "Levent" və "Ela" obrazları arasında yaşanan emosional sevgi hekayəsi tamaşaçıların yaddaşında dərin iz buraxmışdı. Leventin Elanı tərk etdiyi səhnə isə illər keçməsinə baxmayaraq sosial şəbəkələrdə müzakirə olunmağa davam edir.

Kutsi səhnədə olan zaman amaşaçılardan birinin “Elanı niyə tərk etdin?” sualı ilə üzləşib. Gözlənilməz sual qarşısında təəccüblənən sənətçi maraqlı cavabı ilə diqqət çəkib.

“Niyə məni günahlandırırsınız? Onu Leventdən soruşmaq lazımdır. Həmin səhnəyə görə 20 ildir qarğış eşidirəm”, – deyə Kutsi bildirib.

Onun bu sözləri həm gülüşə səbəb olub, həm də sosial şəbəkələrdə geniş müzakirə olunub.