Güclü yağışlar 7 nəfərin həyatına son qoydu - Bu ölkədə

Güclü yağışlar 7 nəfərin həyatına son qoydu - Bu ölkədə

Pakistanın Xayber-Paxtunxva əyalətində yağan güclü yağışlar insan tələfatına səbəb olub.

NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, Bannu və Şanqla bölgələri, eləcə də Mansehra şəhərində yağıntıların yaratdığı dam və divar uçqunları nəticəsində 7 nəfər həyatını itirib. Ölənlər arasında iki uşağın da olduğu bildirilir.

Hadisə nəticəsində daha 33 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Əyalətin Fəlakətlərin İdarə Olunması Agentliyi (PDMA) əriyən buzlaqlar və dəyişkən hava şəraiti səbəbindən sel riskinin artdığı barədə xəbərdarlıq edib.

Qurumun açıqlamasında qeyd olunub ki, yaxın günlərdə yağıntıların davam etməsi vəziyyəti daha da ağırlaşdıra bilər.

PDMA həmçinin mövcud hava şəraiti ilə əlaqədar olaraq Svat, Yuxarı Dir, Kohistan, Buner və digər rayonlar üçün xəbərdarlıq elan edib.