Bakı-Qazax yolunda ağır qəza – 10 nəfər xəsarət aldı

Bakı-Qazax yolunda ağır qəza – 10 nəfər xəsarət aldı

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, mikroavtobusla minik maşınının toqquşması nəticəsində 10-a yaxın şəxs xəsarət alıb. Hadisə zamanı xəsarət alanlar təcili tibbi yardım maşınları ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.