Bakı-Sumqayıt yolunda ağır qəza, ölən var

Bakı-Sumqayıt yolunda ağır qəza, ölən var

Bakı-Sumqayıt yolundan ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, yolun hərəkət istiqamətində olan “QAZel” markalı yük avtomobili betona çırpılıb.

Nəticədə avtomobildə olan bir nəfərin öldüyü bildirilir. Hazırda onun meyitinin avtomobildən çıxarılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.