Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən NOCOMMENT-ə verilən xəbərə görə, sıxlıq olan yollar aşağıdakılardır:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti Olimpiya stadionunun qarşısından 20 Yanvar m/st istiqamətində;
4. Bakı-Sumqayıt şosesi 20 Yanvar m/st istiqamətində;
5. Tbilisi prospekti 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
6. Koroğlu Rəhimov küçəsi Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
7. 28 May küçəsi Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8. Zərifə Əliyeva küçəsində;
9. Üzeyir Hacıbəyli küçəsi Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
10. Bakıxanov küçəsi İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;
11. Rəşid Behbudov küçəsi Mərkəzi Bank istiqamətində;
12. Dilarə Əliyeva küçəsi Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
13. Neftçilər prospekti Azneft dairəsi istiqamətində;
14. Babək prospekti mərkəz istiqamətində sıxlıq müşahidə olunur.











