Bakıda güclü külək nəticəsində xəsarət alanların sayı artmaqdadır

Bakıda güclü külək nəticəsində xəsarət alanların sayı artmaqdadır

Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Səhiyyə Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, onlardan 5-i kişi, 6-sı qadındır.

Xəsarət alanlardan birinə yerində yardım edilib, biri yardımdan imtina edib, digərləri tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.