Bakıda ikitərəfli yol birtərəfli edildi – VİDEO

Bakıda ikitərəfli yol birtərəfli edildi – VİDEO

Paytaxtın Yasamal rayonu, İzzət Nəbiyev küçəsində nəqliyyat vasitələrinin hərəkətində yenilik edilib.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, küçənin əvvəlindən 20 nömrəli məktəb istiqamətində hərəkət birtərəfli edilib.

Nişanın qoyulmasından xəbərsiz olan bəzi sürücülər küçəyə girsələr də sonradan nişanı görüb geri qayıdıblar. Ərazidə yaşayan sakinlərin isə hərəkətin təşkilinə münasibətləri birmənalı deyil.

Yerüstü Nəqliyyat Agentliyindən ”Xəzər Xəbər”ə bildirdilər ki, Parlament prospekti ilə İzzət Nəbiyev küçəsi arasındakı yolda nəqliyyat vasitələrinin üz-üzə hərəkəti zamanı avtomobillər bir-birinə mane olaraq hərəkəti iflic edirdi. Problemin həlli kimi birtərəfli hərəkətin təşkil edilməsi məqsədəuyğun hesab olunub.

Yol polisi də sürücülərdən sözügedən ərazidə diqqətli olmağı, dəyişikliyi anlayışla qarşılamağı xahiş edir.

Qeyd edək ki, qaydaları pozan sürücülər barəsində ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə elektron protokol tərtib ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.