Bakıda 66 yaşlı kişi sirkə turşusundan zəhərlənərək ölüb.
NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə oktyabrın 18-də saat 09:30 radələrində Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü Həbibov Vaqif İdris oğlu yaşadığı evdə sirkə turşusu içərək zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. O, həmin gün saat 15 radələrində zəhərlənmədən ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.











