Bakıda məktəbli küçədə anasını qətlə yetirdi

Bakıda məktəbli küçədə anasını qətlə yetirdi

Bakıda qadın küçədə qətlə yetirilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə bu gün Nizami rayon ərazisində qeydə alınıb. Əldə olunan məlumata görə, 2007-ci il təvəllüdlü İdeal Məmmədzadənin münaqişə zəminində anası Ülviyyə İsmayılovanı öldürdüyü bildirilir.

Daha sonra İ.Məmmədzadə polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Hazırda istintaq davam edir.