Bakıda 30-35 yaşlarında qadın intihara cəhd edib.
NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 52 ünvanında qeydə alınıb.
Çoxmərtəbəli binadan atılan qadın müxtəlif xəsarətlər alıb. Onun Kliniki Tibbi Mərkəzə yerləşdirildiyi və vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları gəlib.











