Bakıda sərnişin avtobusda öldü

Bakıda sərnişin avtobusda öldü

Bakıda avtobusda sərnişin ölüb.

NOCOMMENT-in lent.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində qeydə alınıb. 1 saylı marşrut avtobusunda olan sərnişin, 71 yaşlı Fazil Fərhad oğlu Xasayev qəfildən halı pisləşərək ölüb.

Onun şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.