Bağçada ciddi nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı

Bağçada ciddi nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı

Bakı şəhəri 61 nömrəli uşaq bağçasında uşaqların qidalanması prosesinin təşkilində nöqsanlar aşkarlanıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, təhsil müəssisələrində aparılan yoxlama-nəzarət tədbirləri çərçivəsində adıçəkilən uşaq bağçasında aşkarlanan nöqsanlar nəticəsində Dövlət Agentliyinin sədrinin müvafiq əmrinə əsasən, bağça müdiri işdən azad edilib”.