Bakı Dövlət Universitetinin (BDU) tələbəsi itkin düşüb.
NOCOMMENT.az xəbər verir ki, universitetin ikinci kurs tələbəsi, 2003-cü il təvəllüdlü İlkin Qənbərli martın 1-də evdən çıxıb və geri qayıtmayıb.
Onu sonuncu dəfə metronun 20 Yanvar stansiyasının yaxınlığında görüblər.
Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kütləvi İnformasiya Vasitələri ilə İş üzrə Şöbəsinin rəisi Elşad Hacıyev APA-ya bildirib ki, İlkin Qənbərlinin itkin düşməsi ilə bağlı axtarış elan olunub.
Bütün zəruri tədbirlər icraya yönəldilib.













