Berlində rusiyalı jurnalistlərə qarşı terror

Berlində rusiyalı jurnalistlərə qarşı terror

Berlində RİA Novosti jurnalistlərinə və onların ailələrinə qarşı törədilən terror aktının qarşısı alınıb.
NOCOMMENT.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Almaniyadakı səfirliyi bildirib.
Onların yaşadıqları evdə şübhəli əşya aşkar edilib. Baxışdan sonra istehkamçılar, ehtimal ki, evin yuvasına kustar üsulla hazırlanmış partlayıcı qurğunun qoyulduğunu təsdiqləyiblər.
Rusiya səfirliyi Almaniya Xarici İşlər Nazirliyinə nota göndərərək insidentin araşdırılmasını tələb edib. Bununla da Berlin polisi məşğul olur .
Cümə günü səhər bu evə hücum edilib. RİA Novosti-yə istintaqa yaxın mənbələrdən məlum olduğu kimi, yerində partlayıcı və hər hansı bir qaynar maddə olan partlayıcılar aşkar edilib. Maddənin tərkibi ilə bağlı yekun nəticələr müayinədən sonra verilə bilər. Detonator çıxarılıb.

NOCOMMENT.az