“İşğaldan azad olunan ərazilərdə Bəsitçay qoruğunun bərpası istiqamətində işlərə başlanılıb”.
NOCOMMENT-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
O qeyd edib ki, təhlükəsizlik qaydalarına riayət etməklə işlər görülür: “Artıq ərazidə inventarlaşma işləri görülüb. Gələcəkdə şərait imkan verdikcə, orada yasaqlıqların və qoruqların bərpası üçün işlər aparılacaq”.












