Bu ilin ilk yarısının yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən 15 milyard 143,6 milyon manat biznes krediti verilib.
NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki, ən çox biznes krediti verən bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. Belə ki, bu bank 1 iyul tarixinə kimi 3 milyard 240,5 milyon manat biznes krediti verib və bu göstərici son 3 ayda 3% artıb.
Ən az biznes krediti verən bank isə İran Milli Bankının Bakı fililalı olub. Bu bank cəmi 0,4 milyon manat biznes krediti ayırıb.
Qeyd edək ki, son 3 ayda biznes kreditlərini ən çox artıran bank da İran Milli Bankının Bakı fililalı olub. Bu bankın biznes kreditləri son 3 ayda 2 dəfəyə yaxın artıb. Biznes kreditləri ən çox azalan bank isə “Bank BTB” olub. Bu bankın biznes kreditləri son 3 ayda 8% azalıb.
Onu da bildirək ki, son 3 ayda biznes kreditləri azalan 7 bank olub – “Paşa Bank” (1,9%), “Kapital Bank” (0,2%), “Azər-Türk-Bank” (2,9%), ASB (0,8%), “Bank VTB” (7,3%), “Bank Avrasiya” (2,8%) və “Bank BTB” (8%).
Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilən biznes kreditləri belə olub:













