“Bolt” skuterlərin icarəsi xidmətini dayandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az-ın sorğusuna cavab olaraq “Bolt”dan bildirilib.
Qeyd edilib ki, buna səbəb ümumi texniki problemdir.
Şirkətdən vurğulanıb ki, hazırda “Bolt” komandası bu problemin həlli ilə məşğuldur: “Əməliyyatların tamamilə normal vəziyyətə düşməsi üçün çalışırıq”.












