Britaniya Azərbaycana yeni səfir təyin edib – FOTO

Britaniya Azərbaycana yeni səfir təyin edib – FOTO

Böyük Britaniyanın Azərbaycana yeni səfiri təyin olunub.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfir postuna Ferqus Old təyin edilib. O, yeni vəzifəsinin icrasına 2022-ci ilin avqustunda başlayacaq.

F.Old bu vəzifədə Ceyms Şarpı əvəz edəcək.