Bu küçə və prospektlərdə tıxac var

Bu küçə və prospektlərdə tıxac var

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hal-hazırda yollardakı vəziyyət:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

4. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

5. “20 Yanvar” dairəsində;

6. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

7. Əbdülvahab Salamzadə küçəsi, “Qələbə” dairəsi istiqamətində;

8. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.