Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
NOCOMMENT-in xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən proses təxirə salınıb.
Səbəb isə təqsirləndirilən şəxsin nümayəndəsi və hüquqi varisinin, eyni zamanda zərərçəkmişin məhkəməyə gəlməməsi olub.
Elan olunub ki, zərərçəkmiş Təranə Fətəliyeva ilə Vidadi Məmmədov məhkəməyə məcburi gətiriləcək. Bununla bağlı qərar çıxarılıb.
Məhkəmənin növbəti iclası martın 31-nə təyin edilib.











