Daha bir vəzifəli şəxs həbs edildi

Daha bir vəzifəli şəxs həbs edildi

Azərbaycan Standartlaşdırma İnstitutunun vəzifəli şəxsi Rafiq Əzizovun barəsində cinayət işi başlanıb.

NOCOMMENT.az xəbər verir ki, R.Əzizov rüşvət almaqda ittiham edilərək həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

R.Əzizov barəsində başlanan cinayət işinin istintaqı tamamlanıb və iş materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Siyavuş Hacıyevin icratına verilib.