Dəhşətli qəza – FHN xilasediciləri köməyə çatdı

Dəhşətli qəza – FHN xilasediciləri köməyə çatdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şamaxı rayonu, Muğanlı kəndində “Toyota” və “Mercedes” markalı iki minik avtomobili toqquşub.

NOCOMMENT.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan “Toyota” markalı minik avtomobilindən çıxarb.

Yaralı aidiyyəti üzrə təhvil verilib.