Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyliyə yeni vəzifə verilib.
NOCOMMENT xəbər verir ki, bu barədə akademiyanın Rəyasət Heyətinin iclasında qərar verilib. Belə ki, iclasda AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin ayrı-ayrılıqda fəaliyyət göstərməsi haqqında qərar qəbul olunub. Beləliklə, qərara uyğun olaraq Humanitar Elmlər Bölməsinə rəhbərlik akademik İsa Həbibbəyliyə həvalə olunub.












