DİN-dən minaya düşənlər barədə AÇIQLAMA

DİN-dən minaya düşənlər barədə AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Laçında iki nəfər minaya düşüb.

NOCOMMENT.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı bildirib ki, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Suarası kəndində baş verib.

Belə ki, kənd ərazisində təmir-tikinti işləri ilə məşğul olan 2 nəfər mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal polis əməkdaşkarının və Daxili qoşunların hərbi qulluqçularının müdaxiləsi nəticəsində xəstəxanaya çatdırılıb.

Hazırda onların müalicəsi davam etdirilir.