Ənvər Həsənovun son vəziyyəti AÇIQLANDI

Ənvər Həsənovun son vəziyyəti AÇIQLANDI

Xalq artisti Ənvər Həsənovun səhhəti nisbətən yaxşılaşıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə APA-ya sənətkarın qızı Aytən xanım məlumat verib.

Onun sözlərinə görə, aktyorun səhhəti yaxşılaşmağa doğru gedir:

“Əvvəlki günlərə baxanda bu gün yaxşıdır. Gələn həftənin ikinci günü karantin müddəti də bitəcək. Ondan sonra MRT və digər lazımi müayinələr aparılacaq”, – deyə qeyd edib.