“Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsində yerləşən mebel sexində baş vermiş yanğınla bağlı məlumat idarəetmə mərkəzinə saat 21:19-da daxil olub”.
NOCOMMENT xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin rəisi, general-mayor Füzuli Əsədov deyib.
Onun sözlərinə görə, görülən operativ faəliyyət nəticəsində yanğının geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülməsi təmin olunub.
Belə ki, yanğın nəticəsində ümumi sahəsi təqribən 3000 kv.m olan sexin 600 kv.m hissəsi yanıb. Sexin böyük hissəsi, o cümlədən boya bölməsi yanğından mühafizə olunub.
Füzuli Əsədov əlavə edib ki, yanğın yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 20 teknikası, 90-dan artıq canlı qüvvəsi cəlb olunub: “Yanğının baş vermə səbəbləri bizim laboratoriyada araşdırılacaq”.











