Gənc fotoqraf vəfat etdi

Gənc fotoqraf vəfat etdi

Bakıda 27 yaşlı fotoqraf Mamoş Hüseynov vəfat edib.

NOCOMMENT xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkələrdə paylaşımlar ediblər.

Onun qan xərçəngindən əziyyət çəkdiyi bildirilib.

“Xəzər TV-də fotoqraf kimi çalışırdı. 3 il idi ki, xəstəlikdən əziyyət çəkirdi. Xəstəliyi şiddətlənəndən sonra işdən ayrılmışdı. Mamoş subay idi. Allah rəhmət etsin”, – deyə dostlarından biri bildirib.