Güclü küləkdə 7 nəfər XƏSTƏXANALIQ OLDU

Güclü küləkdə 7 nəfər XƏSTƏXANALIQ OLDU

Paytaxtda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 7 nəfər xəsarət alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, xəsarət alanlardan 3 kişi, 4 nəfəri qadındır.

Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar tibbi yardım göstərilməsi üçün yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.