Hafiz Hacıyevin anası vəfat etdi

Hafiz Hacıyevin anası vəfat etdi

Müasir Müsavat Partiyasını sədri Hafiz Hacıyevin anası Pünhan Hacıyeva vəfat edib.

Bu barədə NOCOMMENT-ə siyasətçi özü məlumat verib.

Hafiz Hacıyev deyib ki, anası bu gün səhər dünyasını dəyişib: “Anamın 83 yaşı vardı. Heç bir xəstəlikdən əziyyət çəkmirdi. Belə demək mümkündürsə, qocalıqdan dünyasını dəyişdi. Durduğu yerdə keçinib. Ölümü ani olub”.

H.Hacıyev yas mərasiminin Göygöl şəhərində keçiriləcəyini qeyd edib: “Yas mərasimi Göygöl şəhərində olacaq. Anam evdar xanım idi. Aşıq Ələsgərin şəyirdlərindən birinin tək qız övladı olub”.