TƏCİLİ! Gürcüstan qarışdı - Ölkə zülmət içində!

TƏCİLİ! Gürcüstan qarışdı - Ölkə zülmət içində!

Gürcüstanda son iki həftə ərzində üçüncü dəfə irimiqyaslı elektrik enerjisi kəsintisi baş verib.

NOCOMMENT.az xəbər verir ki, "Sputnik Gürcüstan"ın yaydığı məlumata görə, ölkənin heç bir şəhərində elektrik enerjisi yoxdur, paytaxt Tbilisidə metro və dəmir yolu xətlərinin işi dayandırılıb.

Xatırladaq ki, ilk böyük qəza iyulun 24-dən 25-nə keçən gecə, ikincisi isə iyulun 25-i səhər saatlarında qeydə alınmışdı. Həmin qəzalar zamanı da Tbilisi və digər iri şəhərlər işıqsız qalmış, metro və dəmir yolu işini müvəqqəti dayandırmış, eləcə də su təchizatı və rabitə əlaqələrində fasilələr yaranmışdı.

İlkin məlumatlara əsasən, ilk qəza Gürcüstanın enerji sisteminin Azərbaycanın enerji sistemindən ayrılması səbəbindən, ikinci isə "İmereti" elektrik verilişi xəttində baş vermiş qəza nəticəsində baş vermişdi.

Sara, NOCOMMENT.az